`Cənab nazir, bu lap ağ eləmək oldu axı` - Novruz Məmmədov


01:13     23 İyun 2016 femida%20novruz-mammadov_270515_19.jpg

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantını dərhal paket variantı etdi.


Bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Facebook səhifəsində yazıb.

PA rəsmisi qeyd edib: "Nalbandyan əvvəlki ampluasındadır. Mərhələli həll variantını dərhal paket variantı elədi. Görəsən, görüşün digər iştirakçıları qarşısında yalanına görə utanacaqmı? Mənim görüşdə iştirakıma gəldikdə isə - bəs düz qarşımda oturan o deyildi? Cənab nazir, yalan-yalan, bu lap ağ eləmək oldu axı".

Qeyd edək ki, Novruz Məmmədov ANS-ə açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunduğunu bildirib, Nalbandyan isə bunu təkzib edib.

Femida.az

Açar sözlər:

Oxunub: 2794


Oxşar xəbərlər